İDMAN


Abbas Hünbətov: Dünya çempionatı öncəsi ustad dərsləri idmançılarımızın əhval-ruhiyyəsinə müsbət təsir göstərəcək

Bakı, 16 iyul, AZƏRTAC

İdmançılarımızın hazırlıq səviyyəsini yüksəltmək üçün məşhur senseyləri Azərbaycana dəvət etmişəm. Onların federasiyanın idmançıları üçün ustad dərslərinin təşkili nəzərdə tutulub.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Pençak-silat və Sindo-ryu Federasiyasının prezidenti Abbas Hünbətov deyib.

A.Hünbətov qeyd edib ki, Avropa Okinava Şorin-ryu Seibukan Karate Federasiyasının prezidenti Camal Meyasara və Rusiya Okinava Şorin-ryu Seibukan Karate Federasiyasının rəhbəri Anatoli Mitrofanovun ölkəmizə səfəri ilə bağlı ilkin razılıq əldə olunub. Qarşıda idmançılarımızı dünya çempionatı gözləyir. Onların hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından məşhur senseylərlə görüşün əhəmiyyəti böyükdür. Görüşün idmançılarımızın kata yarışlarında mükəmməl çıxışına öz müsbət təsirini göstərəcəyinə əminəm. Görüş zamanı idmançılarımızın hazırkı səviyyəsi müzakirə olunacaq. Həmçinin idmançılarımız senseylərin zəngin təcrübəsindən yararlanmaq imkanı əldə edəcəklər. Dünya çempionatı öncəsi bu ustad dərsləri idmançılarımızın əhval-ruhiyyəsinə müsbət təsir göstərəcək.

C.Meyasaranın ölkəmizə ilk dəfə səfər edəcəyini deyən A.Hünbətov bildirib ki, əslən malayziyalı olan sensey doqquzuncu dana malikdir. O, şorin-ryu ilə yanaşı, digər növlərdə də yetərincə uğur qazanıb. A.Mitrofanov isə dəfələrlə ölkəmizdə olub, idmançılarımız üçün ustad dərsləri keçib və öz təcrübəsini bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.