SİYASƏT


Abbas Müsəvi: İran-Azərbaycan sərhədi əbədi dostluq sərhədidir

Tehran, 18 noyabr, AZƏRTAC

İran İslam Respublikası ilə Azərbaycan Respublikası ortaq tarixə, mədəniyyətə və dini köklərə bağlı ölkələrdir. Bu səbəbdən hər iki dövlətin sərhədi sülh və dostluq sərhədinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi özünün “Twitter” hesabında yazıb.

Səfir diqqətə çatdırıb ki, İran ilə Azərbaycanın sərhədi əbədi olaraq dostluq və qardaşlıq sərhədi kimi qalacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.