SİYASƏT


Abbas Müsəvi: İran Ermənistan-Azərbaycan münaqişənin beynəlxalq hüquqa uyğun həllinin tərəfdardır

Tehran, 13 iyul, AZƏRTAC

İran Azərbaycan əsgərlərinin şəhid olmasından təəssüf hissi keçirir və onların yaxınlarına başsağlığı verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Müsəvi Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribata münasibət bildirərkən deyib.

O qeyd edib ki, İran münaqişənin danışıqlar masası arxasında beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasına tərəfdardır. A. Müsəvi diqqətə çatdırıb ki, rəsmi Tehran sülhə nail olmaq üçün tərəflər arasında vasitəçilik etməyə hazırdır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.