CƏMİYYƏT
Abbas Səhhət adına xəstəxanada laboratoriya yenidən təşkil olunub
Bakı, 21 iyun, AZƏRTAC
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhhət adına xəstəxanada laboratoriya yenidən təşkil olunub.
Fasiləsiz olaraq 7/24 saat rejimində müxtəlif sahələrdə xidmət göstərəcək laboratoriya bütün müasir zəruri resurslarla təchiz olunub, beynəlxalq standartlara uyğundur.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, laboratoriyada qanla bağlı müxtəlif təyinatlı yoxlamaların təyini, biokimyəvi, hormonal analizlər ixtisaslı kadrlar tərəfindən aparılacaq. Verilən hər bir analiz nümunəsi üzrə cavab isə elə həmin gün, 2-3 saat ərzində məlum olacaq.
Şöbədə ümumilikdə, 150-ə yaxın laborator parametrlərə baxmaq mümkündür.