SİYASƏT


Abdolreza Mesri: Bizim parlament şəbəkəsini gücləndirmək üçün yaxşı imkanlarımız var

Bakı, 1 iyul, AZƏRTAC

Bizim parlament şəbəkəsini gücləndirmək üçün yaxşı imkanlarımız var. Parlamentlər arasında iklüziv qərarvermə üzrə əməkdaşlıq olmalıdır.

Azərbaycan hökumətinə və parlamentinə bu tədbiri təşkil etdiyinə görə təşəkkürümü bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak edən İran parlamenti sədrinin müavini Abdolreza Mesri çıxışı zamanı söyləyib.

İran parlamenti sədrinin müavini vurğulayıb ki, dünyanın diqqətini müstəqil dövlətlərin güclü səsinə cəlb etmək lazımdır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çoxtərəflilik, mövcud problemlərlə mübarizə aparmağa bizə imkan verəcək.

İran hökumətinin işğala qarşı çıxdığını qeyd edən Abdolreza Mesri ölkəsinin münaqişələrin dinc yolla həll edilməsini dəstəklədiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.