Əbdülfəttah əl-Sisi və Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının təhlükəsizliyi məsələlərini müzakirə ediblər
AzerTAg.az

Qahirə, 26 mart, AZƏRTAC
Martın 25-də husi qiyamçılarının “Aramco” şirkətinin neft təsislərinə raket hücumu ilə bağlı Misir Prezidenti Əbdülfəttah əl-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub.
AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Əbdülfəttah əl-Sisi Səudiyyə Ərəbistanının hökuməti və xalqı ilə həmrəyliyini ifadə edib və Körfəzin ərəb dövlətlərinin təhlükəsizliyinin onun ölkəsi üçün əhəmiyyətini diqqətə çatdırıb. O əlavə edib ki, Səudiyyə Ərəbistanında sabitlik Misirin təhlükəsizliyinin tərkib hissəsidir.
Misirin Xarici İşlər Nazirliyi də Səudiyyə Ərəbistanına raket hücumlarını pisləyən bəyanat yayıb. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman və Sudanın liderləri də husilərin növbəti terror aktını pisləyiblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var