İDMAN


Abdullah Al Hammadi: Bakı güllə və stend atıcılığı üzrə dünya kuboku yarışına tam hazırdır

Bakı, 26 may, AZƏRTAC

Bakı Atıcılıq Mərkəzində keçiriləcək güllə və stend atıcılığı üzrə dünya kuboku yarışına hazırlıq uğurla davam edir. Azərbaycan mötəbər yarışa tam hazırdır və dünya kuboku yarışının iştirakçıları üçün mərkəzdə yüksək səviyyəli şərait yaradılıb.

Bu sözləri Bakı Atıcılıq Mərkəzində dünya kuboku yarışına hazırlıqla bağlı keçirilən brifinqdə turnirin texniki nümayəndəsi Abdullah Al Hammadi jurnalistlərə deyib. O qeyd edib ki, bu mötəbər yarışda 66 ölkədən 701 idmançı və 331 nümayəndənin iştirakı nəzərdə tutulub.

Abdullah Al Hammadi Bakıda keçiriləcək turnirdə atıcılıq idmanı qaydalarına sınaq dəyişikliklər ediləcəyini vurğulayıb. Bildirib ki, Beynəlxalq Atıcılıq İdmanı Federasiyası İtaliyanın Lonato şəhərində keçirilən dünya kuboku yarışından sonra stend atıcılığı üzrə mövcud qaydaların optimallaşdırılması ilə bağlı bir neçə təklif alıb. Təkliflərin məqsədi yarışları bütün iştirakçılar üçün daha ədalətli və aydın, tamaşaçılar üçün cəlbedici etməkdir. Xüsusilə, VAR, heyətlərin püşkatması və marker lenti qaydaları diqqətdədir. Təkliflər Azərbaycanın paytaxtındakı turnirdə sınaqdan keçiriləcək. Sınaqların nəticəsindən asılı olaraq, 2024-cü il Paris Olimpiya Oyunları başlamazdan əvvəl müvafiq qaydalara dəyişikliklər edilə bilər.

Qeyd edək ki, turnir mayın 29-dan iyunun 7-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.