Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib
AzerTAg.az
Bakı, 1 dekabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, yarımmüdafiəçi yubileyini “Səbail”lə XI turun səfər matçında (1:1) qeyd edib. A.Zubir Azərbaycan çempionatında yalnız bir klubun – Ağdam təmsilçisinin şərəfini qoruyub. Fransalı futbolçu 50 oyunda 14 qol vurub. Debütü 2018-2019-cu il mövsümünə təsadüf edən A.Zubir 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.
Qeyd edək ki, A.Zubir Premyer Liqada 2018-ci il sentyabrın 14-də “Sumqayıt”la ev matçında (1:0) debüt edib.

Xəbərin mətnində orfoqrafik səhv var