İDMAN


Abdullah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib

Bakı, 22 fevral, AZƏRTAC

Abdullah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib. Yubiley Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

AZƏRTAC xəbər verir ki, “Sumqayıt”la səfər oyununadək (0:0) fransalı yarımmüdafiəçi 99 matçda şans qazanmışdı. Yüzüncü dəfə meydana çıxan futbolçunun hesabında 19 qol var. Zubir ölkə çempionatında 56 (14 qol), kubokda 8, avrokuboklarda 36 (5 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Zubir “Qarabağ”ın heyətində ilk oyununu 2018/2019-cu il mövsümündə keçirib. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) reallaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.