İDMAN


Abdullah Zubir: UEFA Konfrans Liqasının qrup mərhələsinə yaxşı başlamışıq

Bakı, 20 oktyabr, AZƏRTAC

Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm. Qrup mərhələsinə yaxşı başlamışıq.

AZƏRTAC xəbər verir ki, bunu UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü mərhələsində Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun futbolçusu Abdullah Zubir oktyabrın 20-də təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu bildirib ki, doğma meydanda nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda evdə oynayırıq və yaxşı nəticəyə köklənmişik. Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacağam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyrim dəysin”.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.