CƏMİYYƏT


“Əbədi həsrət” kitabı İkinci Dünya müharibəsində iştirak edən ağdamlılardan bəhs edir

Bakı, 9 aprel, AZƏRTAC

Böyük Vətən müharibəsinin başa çatmasından, bəşər tarixinin ən qanlı savaşında top və tank mərmilərinin, pulemyot və avtomat səslərinin susmasından 74 il keçir. Lakin aradan bu qədər uzun vaxt keçməsinə baxmayaraq, müharibənin göynərtiləri və ağrı-acıları unudulmur.

AZƏRTAC xəbər verir ki, Böyük Vətən müharibəsinə Ağdam rayonundan 7361 nəfər yola düşüb. Onlardan 4500 nəfəri cəbhədə həlak olub, 511 nəfəri isə əlil kimi geri qayıdıb.

“Azərbaycan bayrağı” ordenli Əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun “Əbədi həsrət” kitabı həmin müharibədə həlak olmuş, itkin düşmüş, qələbənin qazanılmasında pay sahibi olmuş və ya aldığı yaralardan vəfat etmiş döyüşçülər haqqındadır. Kitabda əlifbadakı ardıcıllıqla onların hər biri haqqında qısaca məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.