ELM VƏ TƏHSİL


“Əbədi iftixarımız: Üzeyir Hacıbəyli yaradıcılığı” esse müsabiqəsi elan olunub

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə bakalavr və magistrantlar üçün “Əbədi iftixarımız: Üzeyir Hacıbəyli yaradıcılığı” esse müsabiqəsi elan olunur.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Qiymətləndirmə zamanı mövzunun orijinallığı, müəllifin öz fikir və düşüncələrini əks etdirməsi kimi meyarlar əsas götürüləcək.

Mətn “Times New Roman” 12 ölçülü şriftlə yığılmalı, A4 formatda tərtib edilməlidir. Esse Azərbaycan, rus, ingilis və ya tələbənin ixtisas dilində yazıla bilər.

Mükafat olaraq 3 essenin (I, II, III yer) müəllifinə diplom veriləcək.

Esselər elektron olaraq (məktubda “Üzeyir Hacıbəyli Esse” başlığı altında) dekabrın 15-dək [email protected] ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.