MƏDƏNİYYƏT


“Əbədi müasirlik“ mövzusunda onlayn konsert

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin kollektivi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Əbədi müasirlik” mövzusunda onlayn konsert keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin IX sinif şagirdləri beynəlxalq və respublika müsabiqələr laureatı Əbdüləli Hüseynli, VII sinif şagirdi Cəmil Sədizadə, III sinif şagirdi Ayan Şirzad, müəllimlərdən Fərid Quliyev, Maya Məmmədova çıxış ediblər.

Konsertdə Qara Qarayevin “Yeddi Gözəl” baletindən “Vals”, “Aişənin rəqsi”, Cahangir Cahangirovun xor üçün “Qəzəl” əsəri, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.