Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Əbədiyaşar Üzeyir dünyası

Bakı, 16 sentyabr, Ceyhun Alışlı, Flora Şükürova AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ölkəmiz onun adını daşıyan beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Festival çərçivəsində dünyanın hər bir yanından ən qabaqcıl və aparıcı orkestrlər tam heyəti ilə ölkəmizə gəlir, Üzeyir bəyin əsərlərini səsləndirir, həmçinin onun xatirəsinə ehtiramlarını bildirirlər. Ənənəvi olaraq bu il də ölkəmiz bu festivala hazırlaşır. AZƏRTAC-ın əməkdaşları festival öncəsi dahi bəstəkarın adını daşıyan ev muzeyində olub. Onların qeydlərini təqdim edirik.

Üzeyir Hacıbəylinin ev muzeyi: dil açan eksponatlar

Üzeyir Hacıbəylinin ev muzeyində olan hər bir azərbaycanlı burda özünü çox qurulu və rahat hiss edir. Hər iki hissin fövqündə fəxarət və milli mənsubiyyət amalı dayanır. Muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova bizi Üzeyir Hacıbəyli dünyası ilə yaxından tanış edir. Muzeylə ilk tanışlığımız dahi bəstəkarın yaradıcılıq otağından başladı. Burada bəstəkarın istifadə etdiyi saatdan dirijorluq çubuğunadək bütün əşyalar bizi ruhən Üzeyir bəyin yaşadığı dövrə apardı. Onun yarımçıq qalmış “Azərbaycan” simfonik poemasının yerləşdiyi yaradıcılıq masasının səliqəsi heç də pozulmayıb. Bu, Üzeyir bəyin sonuncu işidir, cəmi üç səhifə nota alıb. Otaqdakı divarından asılmış və əqrəbləri 14.00 göstərən saat sanki Üzeyir bəyi gözləyir. Bəstəkar bu dünyaya ilə vidalaşdığı 1948-ci il oktyabrın 23-ü tarixindən bu günədək Üzeyir bəyin divar saatı da onun kimi zamanla vidalaşıb. Çünki o, eyni tarixdə və eyni saatda haqq dünyasına qovuşduğundan bacısı oğlu tərəfindən saat dayandırılıb. Diqqəti cəlb edən sənətkarın frakının-dirijorluq libasının bir qəribəliyi var. Ona diqqətlə baxanda Üzeyir bəyin qoxusunu, təravətini hiss edirsən. Muzeydə bir daha şahid oluruq ki, dahi bəstəkar dövrünün ən yüksək mükafatları və fəxri adlarına layiq görülüb. 

G.Ələsgərova bizi digər otaqdakı masaüstü güzgü ilə tanış etdikdə məlum oldu ki, bu, Xurşudbanu Natəvana məxsusmuş. X.Natavanın nəticəsi Leyla Usmiyeva Üzeyir bəyin vəfatından sonra Natəvana aid güzgünü və çini qabdan olan aş sinisini muzeyə təhvil verib. Bundan başqa, muzeydə qapalı şüşə vitrində saxlanılan ovaxtkı SSR-i rəhbəri Josef Stalinin İkinci Dünya müharibəsindən sonra Üzeyir Hacıbəyliyə ünvanlandığı minnətdarlıq teleqramı diqqəti çəkir. Muzeyin ekspansiya şöbəsinin rəhbəri deyir ki, 1944-ci ildə Üzeyir bəy cəbhəyə kömək məqsədilə öz şəxsi vəsaitindən 100 min rubl ayırır ona bir tank alınsın. Ona görə də J.Stalin bəstəkarın bu addımını yüksək qiymətləndirib, ona şəxsən təşəkkür teleqramı göndərib. Bu gün muzey kimi yanaşdığımız bu tarixi ocaq vaxtı ilə qonaq –qaralı ev olub. Hər gün bu ocaqda tamami ilə yad olan adamlar çörək kəsiblər. Hətta evdə qonaq olmayanda Üzeyir bəy həmin gün çox narahat olurmuş. Məcburi şəkildə evdəkilərə deyirmiş ki, gedin məhəllədən keçən üstü-başı nimdaş geyimli kimi görürsəniz gətirin evə. Üzeyir Hacıbəyli evinə təşrif buyuran yetimlərin, kasıb insanların qarnını doyurar, imkan dairəsində ciblərinə pul da qoyarmış. O, eyni zamanda tələbələrinə də ata qayğısı göstərirmiş. Həqiqətən bu tarixi ocaq ensiklopedik olduğu qədər, həm də müqəddəs məkandır. Burda olan hər bir kəs dahi şəxsiyyətin sənət dünyasına, həyatına, keçdiyi ömür yoluna olduqca yaxınlaşır, sanki bu evdə vaxtı ilə yaşananların canlı şahidinə çevrilirsən.

Üzeyir bəyin əsərləri dörd qitənin

ən məşhur sənət ocaqlarında

Müxtəlif janrlarda şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq yüz qat hünərdir. Üzeyir Hacıbəyli nəinki müxtəlif janrlarda ən yüksək əsərlər yaradıb, o həm də musiqiyə tamamilə yeni nəfəs gətirib. Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”. Təsadüfi deyil ki, dahi bəstəkarın əsərləri Avstraliya qitəsi istisna olmaqla dünyanın dörd qitəsinin ən məşhur sənət ocaqlarında səhnəyə qoyulub. 

Muzeyin divarlarından asılan orijinal afişalar bura gələn bütün qonaqlara Üzeyir bəyin yaradıcılıq dünyasının əlçatmazlığından xəbər verir. Onun “Ər və Arvad”, “O olmasın bu olsun” və dünyanın 70 dilinə tərcümə edilən, 4 dəfə Azərbaycanda və 1 dəfə Amerikada ekranlaşdırılan “Arşın mal alan” operettasının orijinal tablosunun rəngi heç də solmayıb. “Leyli və Məcnun”, “Rüstəm və Zöhrab”, “Harun və Leyla”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm” “Şeyx Sənan” və sonuncu “Koroğlu” operasının kiçik tablolarının səliqəsi yerindədir. Bəstəkarın əsərləri ilə maraqlandığımız zaman məlum oldu ki, 10 iri həcmli əsərindən cəmi birinin sözlərini Üzeyir bəy özü yazmayıb. Bu “Koroğlu” operasıdır ki, onun sözlərini dramaturq Heydər İsmayılov yazıb. Operadakı şeirlərin müəllifi isə görkəmli şair Məmməd Səid Ordibadidir.

Bəstəkarın cənazəsi Mircəfər Bağırovun çiynində

Üzeyir bəyin anası Şirinbəyim xanım Əlverdibəyov mədrəsə təhsilli, atası Əbdülhüseyn Hacıbəyov isə öz dövrünün savadlı, ziyalı şəxslərindən olub. Üzeyir bəyin atası Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edib. Üzeyir bəyin iki qardaşı (Zülfüqar, Ceyhun) və iki bacısı (Abuhəyat, Sayad) olub. Bəstəkarın böyük qardaşı Zülfüqar Hacıbəyovun da iki övladı olub - maestro Niyazi və Çingiz. Onların heç birinin övladı olmayıb. Bacıların hər ikisinin həyat yoldaşı vaxtsız vəfat edib. Sayad xanımın dörd övladı olduğundan Üzeyir bəy onları öz himayəsinə alır və təlim-tərbiyələri ilə məşğul olmağa başlayıb. Bəstəkarın həyat yoldaşı Məleykə xanım Telequlova tatar qızı olub. İxtisasca rus dili müəllimi olan Məleykə xanım bir neçə il məktəb direktoru vəzifəsində çalışıb. Üzeyir bəyin vəfatından sonra 18 il yaşayan Məleykə xanım ona məxsus bütün əşyaları toplayaraq bir yerə yığıb. Bu gün onun sayəsində bəstəkarın adını daşıyan ev muzeyində həmin əşyalar ən dəyərli nümunələr kimi ziyarətçilərə təqdim olunur. Muzeydə dahi bəstəkarın vəfatı zamanı çəkilmiş fotolar da ekspozisiyanın bir hissəsidir. 1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanıb. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılaraq Fəxri xiyabanda dəfn olunub. Şəkillərdən də görünür ki, Mircəfər Bağırov bəstəkarın dəfnində şəxsən iştirak edib, hətta o, cənazəni öndə götürənlərdən biri olub.

Yaradıcılığı və şəxsiyyəti bir-birini tamamlayan dahi

Ev muzeyini gəzdikcə insan mənən saflaşır. Sanki müqəddəs bir məkanı, yeri, ən əsası, saf, əməlləri ilə xalqına baş ucalığı gətirən bir kişini, sənət fədaisini ziyarət etməkdən qürur duyur və bu hissi yaşamağından həzz alırsan. Bir daha anlayırsan ki, Üzeyir Hacıbəyli sözün həqiqi mənasında Azərbaycan musiqisinin baş tacıdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi xatırlanır. 

Bu gün anadan olmasının 132-ci ildönümünü qeyd etdiyimiz unudulmaz sənətkarımız Üzeyir Hacıbəyli mənsub olduğu millətin qəlbində elə bir zirvə fəth edib ki, o zirvəyə qalxmaq hər insana nəsib olmur. Yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan dahi bəstəkara olan sonsuz sevgi tükənməzdir. Bu sevgini qazanmağın xoşbəxtliyini yaşamaq Üzeyir bəyin qismətinə düşdü.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb