Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əbədiyyətin sönməz parlaq işığı – Heydər Əliyev

Əbədiyyətin sönməz parlaq işığı – Heydər Əliyev

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan həyatın bütün sahələrində inkişafının ən böyük zirvəsindədir və ardıcıl olaraq yeni-yeni uğurlara imza atır. Bu, hər bir Azərbaycan vətəndaşını, o cümlədən dünya azərbaycanlılarını sevindirir və qürurlandırır. İnkişaf etmiş müstəqil, demokratik, hüquqi, dünyəvi, sivil bir dövlətin vətəndaşı olmaq. Bu, böyük bir xoşbəxtlikdir ki, bizim müdrik xalqımıza nəsib olub. Tarixin nə qədər sərt, keşməkeşli sınaqları ilə üz-üzə qalsa da, Azərbaycan xalqı bu mübarizədən qalib ayrılıb. Bunu şərtləndirən amillərdən biri də xalqımızın müdrikcəsinə taleyüklü məsələlərdə qəbul etdiyi mühüm qərarlardır. Bu, zamanın sınağından çıxmış bir aksiomadır. Yaxşı xatırlayırıq, müstəqilliyin ilk illərini. Nəinki müstəqilliyimizi, ümumiyyətlə, mövcudluğumuzu itirməklə üz-üzə qalmışdıq: ölkə parçalanırdı. Bu, dəhşətdir.

Qanunsuz fəaliyyət göstərən silahlı dəstələr özbaşınalıq edir, paytaxt daxil olmaqla ölkənin hər yerində silahlı qarşıdurmalar baş verirdi. Əsgəri xidmət belə keçməmiş mülki şəxs tərəfindən idarə edilən hərbi hissələr dövlətə deyil, xarici ölkələrə xidmət edən ayrı-ayrı siyasi qüvvələrin əlində cəmləşmişdi. Artıq ölkədə vətəndaş müharibəsi başlamışdı. Bu, Azərbaycan xalqı üçün tarixi ərzində qarşılaşdığı ən ağır sınaq idi. Belə bir məqamda öz ənənəsinə sadiq qalan xalq tarixi qərarını qəbul etdi. Bu qərar göstərdiyi xidmətlərlə xalqının Ümummilli Lideri səviyyəsinə qədər yüksələn Heydər Əliyev idi. Heydər Əliyev gənc yaşlarından ömrünün sonunacan mənalı həyatını Azərbaycana həsr etdi, Uca Yaradanın ona bəxş etdiyi bütün istedadını, bacarığını, qazandığı biliyi, təcrübəni heç bir tərəddüd etmədən bu yolda xərclədi. O, sadə vətəndaşdan Prezidentə kimi, əsgərdən generala kimi fəaliyyətinin hər bir məqamında yalnız xalq üçün yaşadı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Bu yolda bir dəfə də olsun nə yorulmuşam dedi, nə də qocalmışam. İlk gündən son ana qədər eyni sevgi ilə, enerji ilə, böyük şövqlə bu missiyanı daşıdı. Xalqın onun üzərinə qoyduğu ağır və öhdəsindən çətin gəlinə biləcək işi “Azərbaycanı bu bəladan xilas etmək mümkün deyil” proqnozlarını alt-üst edərək ləyaqətlə yerinə yetirdi. O, Azərbaycanın xilası mübarizəsinə başlayanda onun əlində xalqın dəstəyindən və sahib olduğu siyasi bacarığından başqa heç nə yox idi. Ölkədə özbaşınalıq edən silahlı dəstələrin qarşısına əliyalın çıxdı, spesifik liderlik keyfiyyətləri ilə onları zərərsizləşdirməyi bacardı. Ölkəni böyük bəlalardan, ağır faciələrdən qurtardı, sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, nəhəng enerji-kommunikasiya layihələrini icra etməklə Vətənə sədaqət nümunəsini ortaya qoydu. Ölkə normal həyatına qayıtmaqla böyük inkişaf yolu tutdu. Bütün bunlar bizim yaşadığımız tarixdir, bu reallığa şahidlik etmişik.

Dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması Ulu Öndərin dəfələrlə ölçülüb-biçilmiş qətiyyətli qərarlarının, siyasi iradəsinin, xalqa keyfiyyətli xidmətinin nəticəsidir. O, bütün siyasi fəaliyyətində milli maraqlardan çıxış edirdi, tarixi şəraiti düzgün qiymətləndirirdi, zaman və məkan amilini həmişə nəzərdən keçirirdi, dözüm və səbirlə davranırdı. Onun fenomenallığı da məhz bunda idi.

Ulu Öndərin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrə nəzər salsaq, görərik ki, o, rəhbərliyə gələnə qədər ölkədə vəziyyət o qədər də ürəkaçan olmayıb, Azərbaycan ittifaq səviyyəsində iqtisadi və digər sahələrdə xeyli geri qalırdı. Məhz Heydər Əliyevin həyata keçirdiyi geniş islahatlar proqramı nəticəsində Azərbaycanın həyatında əsaslı və keyfiyyətli dönüş başladı. İqtisadi sahədə məhsuldar struktur layihələri icra olundu, yeni sənaye sahələri yaradıldı, elmi-texniki uğurlara imza atıldı, xalqın sosial vəziyyəti yaxşılaşdı. Bir sözlə, Heydər Əliyevin məqsədyönlü, sistemli, strateji addımları sayəsində Azərbaycan SSRİ-də inkişaf etmiş qabaqcıl respublikalardan biri oldu”, - deyə S.Möhbalıyev bildirib.

O qeyd edib ki, blokada və müharibə şəraitində yaşayan, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti sayəsində burada sabitlik yarandı, sosial-iqtisadi vəziyyət normallaşdı, tərəqqiyə nail olundu.

Azərbaycanın müstəqilliyə gedən yolunda Ulu Öndərin dərin izi var. Onun 1969-cu ildən başlayan siyasi fəaliyyəti məhz bunu hədəfləyirdi. Azərbaycanı azad, heç kimdən asılı olmayan, müstəqil yaşamağı bacaran bir ölkəyə çevirmək üçün mühüm təməllər müəyyənləşdirirdi. Tarixin sonrakı inkişafı da dediklərimizi bir daha təsdiqləyir.

1990-cı il iyulun 22-də Naxçıvanın "Azadlıq" meydanında keçirilən izdihamlı mitinqdə Heydər Əliyev xalqı azadlıq, müstəqillik uğrunda sonacan mübarizəyə səslədi. Onun sədrliyi ilə Naxçıvan parlamenti Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Bu, o dövr üçün kifayət qədər cəsarətli addım idi, Heydər Əliyevin xalqına, Vətəninə olan məhəbbəti, ölkəsini azad və müstəqil görmək arzusu onu heç bir çətinlikdən qorxutmurdu. O, hər zaman xalqı ilə həmrəy idi, xalqı ləyaqətlə təmsil edirdi.

“Ulu Öndərin Azərbaycan həmkarlar ittifaqının həyatında da əvəzolunmaz xidmətləri danılmazdır. 1993-cü ildə xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi. Demokratik dövlət quruculuğu yolunda onun həyata keçirməyə başladığı tədbirlər sayəsində qurumun fəaliyyəti genişləndi, başı üzərini almış təhlükə sovuşdu. Heydər Əliyev heç vaxt dövlət qayğısını həmkarlar ittifaqlarından əsirgəmədi, zəhmətkeşlərin hüquqlarının qorunması, maraqlarının təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qurumun fəaliyyətini dəstəklədi. Prezident seçilməsindən cəmi bir il sonra - 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu. Bu, Heydər Əliyevin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlamətidir. Bununla da təşkilatın fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərinin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı. Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı, Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi”, - deyə AHİK sədri vurğulayıb.

S.Möhbalıyev diqqətə çatdırıb ki, bu gün dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirərək Azərbaycan xalqını müzəffər etdi, qalib xalqa çevirdi, inkişaf etmiş dövlətlər cərgəsinə çıxardı. Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.

“Bir sözlə, Azərbaycan minillikləri əhatə edən tarixinin ən şanlı və xoşbəxt dövrünü yaşayır”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib

Beynəlxalq riyaziyyat müsabiqəsində şimal bölgəsindən 3 minə yaxın şagird iştirak edib

Binəqədi rayonunda yanğın səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO

FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO

Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

Gürcüstanda pasxa bayramı qeyd olunur

Binəqədidə baş verən yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Azərbaycanın avtomobil yollarında dumanla əlaqədar görünüş məsafəsi məhdudlaşacaq

Sabahdan DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər

Proqnoz: Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq

“Yeni Şafak” qəzeti: Fransa arxivləri erməni yalanlarını ifşa edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub

Milli Kitabxanada Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli və professor Azad Nəbiyev ilə bağlı kitab sərgiləri açılıb

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Almaniyada minlərlə insan Pasxa yürüşlərində sülh tələbi ilə nümayişlər keçirib

Premyer Liqa: Bu gün “Qarabağ”ın çempionluğu rəsmiləşə bilər

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Omanda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir

Beynəlxalq Kosmik Stansiyadan 3 nəfər Yerə qayıdıb

Sevimli musiqinin beynin opioid sistemini aktivləşdirdiyi sübut olunub - TƏDQİQAT

Bundesliqa tarixində yeni rekord

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İğdırdakı Azərbaycan diasporunun nümayəndələri Aralıq rayonuna səfər ediblər

Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik

Hüseyn İşıksal: Prezident İlham Əliyev Şimali Kiprin hüquqlarının müdafiəsinə böyük töhfə verir

Əziz Ələkbərli: 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən çox soydaşımız deportasiya olunub

Mixail Qusman: Bakılı bəstəkarın yaratdığı əsərin yenidən Bakı tamaşaçısına qovuşmasına yalnız sevinə bilərəm

Almaniyanın Hessen əyalətində silahlı insindent zamanı iki nəfər güllələnib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib

Timur Vaynşteyn: Atamın yubileyi günlərində “Zoluşka” operasının premyerasının keçirilməsindən xoşbəxtəm

Sadıq Dadaşov Azərbaycan memarlığının parlaq səhifəsidir

Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib

Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT

Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq

Samir Abasov: Fərdi səhvlər məğlubiyyətə səbəb oldu

Sankt-Peterburqda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB-3

Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

Premyer Liqa: "Mançester Siti" səfərdə üç xala sevinib

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda master-klas təşkil olunub

Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb

İsveçli perkussionist və bəstəkar Robert İkiz “Qavaldaş” adlı kompozisiyasını təqdim edib

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə kompleksini ziyarət edib

Rusiya Prezidenti Pasxa münasibətilə atəşkəs elan edib

Yer Günü ilə əlaqədar keçirilən festivalda 3500 litrə yaxın plastik butulka yığılıb YENİLƏNİB

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan derbisində start heyətlər açıqlanıb

Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında iştirak edib

Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib

Bu gün Bakının 550 küçəsi yuyulub

Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib

Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB

Fiqurlu konkisürmə üzrə komandalararası dünya çempionatının qalibi bəlli olub

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qərbi azərbaycanlının xatirələrindən - Ermənilər qədim qəbiristanlığı şumlayıb, bütün izləri sildilər

Mahir Emrelinin vurduğu qollar “Nürnberq”i məğlubiyyətdən xilas etməyib - YENİLƏNİB

Naftalanda beynəlxalq səhiyyə konfransı keçirilib

Yardımlı rayonunda zəlzələ olub

“Haber Global”: Çin, Fransa və ABŞ Türkiyənin Somalidəki kosmodromu ilə bağlı kəşfiyyat məlumatları toplayır

KİV: Türkiyə diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib

Təhsildə innovativ həllərin təklifi yönündə keçirilən “EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

Aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparıldığı üçün nəqliyyat sıxlığı yaranıb

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

Qazaxıstanda uşaqları daşıyan avtobus ağır qəza törədib

Qədim Şabran abidəsi ərazisində sərgi açılıb

Firəngiz Mütəllimovanın benefisi: "Varlı qadın" tamaşasının premyerası olub

AQTA rəsmisi: Şadlıq saraylarında zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə, qidaların təhlükəsizliyinə yönəlməlidir

Gənc memarların işləri mükafatlandırılıb

Naxçıvanda məktəblilər arasında Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçirilib

Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib

Ağsu Qoruğunda tarix, sənət və musiqi bir arada

Cəlilabadda yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb

Türkiyəli rektor: Beynəlxalq əməkdaşlıq və gənclərin iştirakı ilə təşkil edilən innovativ təşəbbüslər əhəmiyyətlidir

“Hər muzey bir abidədir” adlı tədbir keçirilib

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

ADAU-EGE ikili diplom proqramı tələbələrinin 4 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İsmayıllıda qeyri-sabit hava şəraitinin törətdiyi fəsadlar aradan qaldırılıb

“Neftçi” Azərbaycan Kubokunun qalibi olmuş basketbolçu ilə vidalaşıb

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb VİDEO

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb VİDEO

Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb

Milli Kitabxanada “Akademik Mikayıl Hüseynov – 120” adlı kitab sərgisi açılıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub VİDEO

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub VİDEO

ATGTİ sədri: Hakaton yarışı Azərbaycan və Türkiyə gənclərinin ortaq gələcək vizyonunu əks etdirən mühüm platformadır

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin

“Barselona” baş məşqçisi ilə müqavilə müddətini uzatmağı planlaşdırır

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirmək istəyən şəxslər saxlanılıb

Qəbələdə aktivlərlə təmin olunmuş gənclərin biznes fəaliyyətlərinin vəziyyəti öyrənilib

Gənclər Fondunun rəsmisi: Hakaton nəticəsində ərsəyə gələcək ideyalar bütün dünyanın təhsil sisteminə yeni nəfəs gətirəcək

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı