İQTİSADİYYAT
Abid Şərifov: Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı gömrük prosedurları sadələşdiriləcək VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu xətti fəaliyyətə başladıqdan sonra Azərbaycanda gömrük prosedurları sadələşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Baş nazirin müavini Abid Şərifov bildirib. Onun sözlərinə görə Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra üç dövlətin iştirakı ilə gömrük prosedurlarında sadələşmə ediləcəyi gözlənilir. Yük daşıyanlar üçün problemlər yaratmamaq və bu dəmir yolu xəttini cəlbedici bir dəmir yolu xəttinə çevirmək üçün Türkiyə, Gürcüstan və Azərbaycanın sadələşdirmə haqda razılığa gəlməyi önəmli məsələdir,- deyə Baş nazirin müavini bildirib.
Türkiyəyə Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı səfərinin nəticələri barədə məlumat verən Abid Şərifov bildirib ki, bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə tərəfində yaranan problemlər aradan qaldırılıb. Ayda bir dəfə Gürcüstan sərhədində görülən işlərin müzakirəsi ilə bağlı görüşlər keçiriləcək.