ELM VƏ TƏHSİL


“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcək

Bakı, 19 avqust, AZƏRTAC

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Abituriyent Məsləhət Mərkəzləri” həftəsonu – avqustun 20-21-də də fəaliyyət göstərəcək.

“Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan günlərdə saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya və Bakı Biznes universitetlərində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərəcəklər.

Bundan əlavə, Memarlıq və İnşaat Universitetində yerləşən Məsləhət Mərkəzi avqustun 20-si saat 10:00-dan 17:00-dək, Odlar Yurdu Universitetində yerləşən Məsləhət Mərkəzi isə avqustun 20-si saat 10:00-dan 14:00-dək fəaliyyətlərini davam etdirəcək.

DİM bölgələrdə olan abituriyentlərin bir daha nəzərinə çatdırır ki, 50-yə yaxın rayon təhsil sektorunda və müxtəlif məktəblərdə də cədvəldə verilmiş yer və tarixlərə uyğun DİM-in əməkdaşları və RTS-nin əlaqələndiriciləri abituriyentlərə kömək göstərirlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan başlanıb və 28-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.