ELM VƏ TƏHSİL


“Abituriyent Məsləhət Mərkəzləri”nin əməkdaşları üçün növbəti təlim keçirilib

Bakı, 16 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları “Abituriyent Məsləhət Mərkəzləri”nin işçiləri üçün ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar növbəti onlayn təlim keçiriblər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçılarına ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında məlumat verilib. Abituriyentlərin imtahan ballarının paylanması, qəbul planı, müsabiqə şərtləri nəzərə alınaraq ixtisas qrupları üzrə ümumi vəziyyət təhlil edilib.

Xatırladaq ki, “Abituriyent Məsləhət Mərkəzləri” ödənişsiz fəaliyyət göstərirlər.

Müsabiqə şərtini ödəyən abituriyentlər avqustun 16-dan 28-dək “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlərlə bağlı mərkəzlərə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.