ELM VƏ TƏHSİL


“Abituriyent” jurnalının 3-cü nömrəsi nəşr olunacaq

Bakı, 19 iyun, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 3-cü nömrəsini nəşr edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu nömrədə 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunacaq.

Jurnalı iyunun 24-dən etibarən DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.