ELM VƏ TƏHSİL


“Abituriyent” jurnalının 7-ci nömrəsini sabahdan əldə etmək mümkün olacaq

Bakı, 24 sentyabr, AZƏRTAC

Tələbə adını qazananların siyahısının dərc olunduğu “Abituriyent” jurnalının 7-ci nömrəsini sentyabrın 25-də səhər saatlarından etibarən əldə etmək mümkün olacaq.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.