ELM VƏ TƏHSİL


“Abituriyent” jurnalının birinci nömrəsi çapa hazırlanır

Bakı, 14 mart, AZƏRTAC

“Abituriyent” jurnalının çapa hazırlanan birinci nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodik materiallar təqdim ediləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər fənn üzrə qəbul və buraxılış imtahanı proqramları, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları yer alacaq. Jurnal Azərbaycan və rus dillərində çap olunacaq.

Nəşrin “Ön sözü”nün müəllifi DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir.

Jurnalı http://www.abiturient.az/index.php?status=elaqe&lang=az keçidində qeyd olunan ünvanlardan əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.