ELM VƏ TƏHSİL


“Abituriyent” jurnalının redaksiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait köçürüb

Bakı, 29 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin mətbu orqanı olan “Abituriyent” jurnalının redaksiyası COVID 19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait köçürüb.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, məqsəd COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.