ELM VƏ TƏHSİL


“Abituriyent” jurnalının subbakalavrlar üçün xüsusi buraxılışı nəşr edilib

Bakı, 10 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə subbakalavr peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, xüsusi buraxılışda “2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli” və digər faydalı məlumatlar təqdim olunub.

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.