ELM VƏ TƏHSİL


“Abituriyent məsləhət mərkəzləri” növbəti günlərdə də fəaliyyət göstərəcək

Bakı, 10 avqust, AZƏRTAC

Ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent məsləhət mərkəzləri” abituriyentlərə ixtisas seçimində kömək məqsədilə işlərini avqustun 11-də və 12-də davam etdirəcək. Mərkəzlər qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, həmçinin Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetinin əsas binasında fəaliyyət göstərəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzlərdə xüsusi treninq keçmiş əməkdaşlar ixtisas seçimi edənlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydaları, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.