ELM VƏ TƏHSİL


Abituriyentlər UNEC-in təhsil imkanları ilə tanış olublar

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC-də 1 gün” layihəsinə yenidən start verilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “Fortis Academy”də II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər UNEC-də olublar. Görüş zamanı abituriyentlərə universitetdəki ixtisaslar, tədris, xarici universitetlərlə ikili diplom, UDİD, minor və beynəlxalq mübadilə proqramları barədə məlumat verilib. Bildirilib ki, 700 bal toplayanlar UDİD proqramına ödənişsiz, 600 və daha yüksək bal toplayanlar isə 50 faiz güzəştlə qoşulacaqlar.

Sonra abituriyentlər üçün infotur təşkil olunub. Onlar auditoriyalar, oxu zalı, 7/24 kitabxana, Radio UNEC, eləcə də universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.