ELM VƏ TƏHSİL


Abituriyentlər sual kitabçaları və test tapşırıqlarının izahı ilə tanış ola bilərlər

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 15-də keçirilən sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, sual kitabçalarının və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) mərkəzin rəsmi saytının "Elektron xidmətlər" bölməsində, "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı ", “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş yolu ilə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Aprelin 1-də keçirilən sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını da (pdf formatında) “Elektron xidmətlər” bölməsindən əldə etmək olar.

Qeyd edək ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi keçirilir, nəticələrin yaxın iki gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.