CƏMİYYƏT


Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək

Bakı, 30 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İxtisas bələdçisi” forumu keçiriləcək.

Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq forumda ixtisas seçiminin hansı meyarlara əsasən aparılması, abituriyentlərin kodlaşdırma zamanı diqqətli davranmalı olduğu məqamlar, prosesin psixoloji aspektləri və 5 ixtisas qrupuna daxil olan əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında ətraflı məlumatlar paylaşılacaq.

Forumda abituriyentlərlə yanaşı, 9-11-ci sinif şagirdləri və onların valideynləri də iştirak edə bilərlər.

Forumun karyera planlaması və ixtisas qrupları üzrə mütəxəssislərin çıxışlarından ibarət panellərində müzakirələr aparılacaq.

Eyni zamanda, forum iştirakçıları Dövlət İqtisad Universitetinin inzibati binası ilə tanışlıq və tədris üsulları haqqında ümumi məlumatlandırma fürsəti əldə edəcəklər.

Forumun keçirilməsində əsas məqsəd iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq və abituriyentlərin düzgün ixtisas seçimi etməsinə dəstək verməkdir.

Forumda iştirak etmək üçün onlayn müraciət formasını doldurmaq tələb olunur.

Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.