REGİONLAR
Abituriyentlər üçün onlayn müzakirələr aparılıb
Naxçıvan, 22 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə abituriyentlər üçün “İmtahana hazırlaşırıq” mövzusunda onlayn müzakirələr aparılıb. Müzakirədə məqsəd abituriyentləri keçiriləcək imtahanlara psixoloji cəhətdən hazırlamaq, imtahan zamanı diqqət etməli məqamlarla bağlı onları məlumatlandırmaq olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müzakirədə cari ilin abituriyentləri üçün buraxılış və qəbul imtahanının keçirilmə qaydaları haqqında geniş məlumat verilib. Pandemiya ilə əlaqədar buraxılış imtahanı proqramlarında mart ayından sonrakı mövzuların çıxarıldığı bildirilib və həmin mövzular abituriyentlərin diqqətinə çatdırılıb.
Qeyd olunub ki, imtahanqabağı psixoloji hazırlıq, diqqətin toplanması, stresdən azad olmaq yolları, düzgün qurulmuş hazırlıq prosesi və pozitiv düşüncə, qida rasionunun düzgün seçilməsi hər bir məzun üçün vacib məqamlardan hesab olunur. Bütün bunlara düzgün və vaxtında əməl etmək isə abituriyentin uğur qazanmasına səbəb olan başlıca amillərdəndir.
Sonda mövzularla bağlı suallar cavablandırılıb, abituriyentlərə imtahanqabağı tövsiyələr verilib.