ELM VƏ TƏHSİL


Abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edilib

Bakı, 20 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu xidmət vasitəsilə abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə bilərlər.

Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı, “unikal kod” da verilir. “Unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.

Artıq ali təhsil müəssisələri və digər əlaqədar təşkilatlar imtahan nəticələri ilə bağlı arayışı təqdim edən şəxsdən “unikal kod”u tələb etməklə http://ekabinet.dim.gov.az/pBArayis.aspx linki vasitəsilə məlumatların həqiqiliyini elektron qaydada yoxlaya bilərlər.

Xidmətə keçid pəncərəsi daim DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.