ELM VƏ TƏHSİL


Abituriyentlərin nəzərinə!

Bakı, 6 noyabr, AZƏRTAC

Xarici dil fənni üzrə audiomateriallara aid tapşırıqlarla artıq çapdan çıxmış “Abituriyent” jurnalının xüsusi buraxılışlarında tanış olmaq mümkündür. Dövlət İmtahan Mərkəzinin (DİM) saytında 2019-cu ildə keçiriləcək ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılmasına aid nümunə audiofayllar yerləşdirilib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, “Abituriyent” jurnalının artıq nəşr olunmuş “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ı və “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ında Mərkəzin rəsmi saytında yerləşdirilimiş audiofayllara uyğun tapşırıqlarla tanış olmaq olar.

Faylı kompüterə yükləmək üçün “mausun” sol düyməsini sizə lazım olan fənnin üzərində sıxmağınız kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.