ELM VƏ TƏHSİL
Abituriyentlərin nəzərinə: sual kitabçalarını DİM-in saytında əldə etmək mümkündür
Bakı, 14 may, AZƏRTAC
Mayın 13-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunan sual kitabçalarının elektron versiyasını (pdf formatında) Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” “Sual kitabçaları” xidməti vasitəsilə ödənişlə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/ )
DİM-dən AZƏRTAC-a bildiriblər ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər sual kitabçalarını əldə edə bilərlər.
Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.
Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın iki gündə elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini DİM-in internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]