İQTİSADİYYAT


Abonentlər G-7 və G-6 sayğacları ilə ödənişsiz təmin olunacaqlar

Bakı, 27 iyul, AZƏRTAC

Abonentlər fərdi qazlaşdırmanı həyata keçirərkən G-7 və G-6 sayğacları ilə ödənişsiz təmin olunacaqlar.

AZƏRTAC xəbər verir ki, “Azəriqaz” İB-nin Sayğacların tətbiqi, idarəolunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhiyəddinov dəyişiklik haqqında məlumat verib: “Bununla bağlı müvafiq qaydalarda dəyişikliklər olunub. Belə ki, məişət qaz qurğusundan istifadə edən məişət abonentləri üçün qaz sayğacının həm quraşdırılması, həm də əvəz olunması qazpaylayıcının hesabına həyata keçiriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.