SİYASƏT


Abram İxiilov: Dünya Azərbaycan və yəhudi xalqının dostluğunu anlamaq istəyirsə Qırmızı qəsəbəyə baş çəksin

Moskva, 28 fevral, AZƏRTAC

Dünya Azərbaycan və yəhudi xalqının dostluğunu anlamaq istəyirsə Qubaya, Qırmızı qəsəbəyə baş çəksin.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Moskvadakı “Alef” Gənclər Təşkilatının sədri Abram İxiilov deyib. Təşkilat sədri bildirib ki, yüz illərdir eyni torpaqlarda dostluq və qardaşlıq şəraitində yaşayan azərbaycanlılar və dağ yəhudiləri şad gündə də, dar gündə də həmişə bir yerdə olublar.

Onun sözlərinə görə, Azərbaycan elə bir ölkədir ki, burda yaşayan hər kəs onu öz Vətəni bilir və Azərbaycan uğrunda hər cür fədakarlığı etməyə hazırdır.

“Bir ölkədə tolerantlıq, birgəyaşayış, dialoq, qarşılıqlı hörmət prinsipləri əsas götürülürsə, heç şübhəsiz, orada heç bir problem olmayacaq və o ölkə sülhün, sabitliyin qarantı kimi çıxış edə biləcək. Bizim doğma Vətənimiz olan Azərbaycan məhz belə ölkələrdəndir. Orda müxtəlif dini, etnik kimliklərə sahib insanlar əsrlərdir birgə yaşayırlar və onlar arasında hələ indiyə kimi bir-birinə güldən ağır söz deyən olmayıb. Məhz elə bu səbəbdəndir ki, bu gün dünyanın bir çox ölkələrində Azərbaycanın multikultural dəyərləri ali təhsil ocaqlarında tədris olunur. Qeyd edilir ki, Azərbaycanda bütün dini, milli kimliklərə sayğı var, diqqət və qayğı var. Mən də hər zaman olduğum bütün tədbirlərdə qeyd edirəm ki, Azərbaycanda multikultural dəyərləri gözləri ilə görmək istəyənlər buyurub Qubaya, mənim doğulduğum Qırmızı qəsəbəyə gəlsinlər. Ora gələnlər öz gözləri ilə görəcəklər ki, Azərbaycanda yaşayan dağ yəhudiləri necə diqqət və qayğı ilə əhatə olunublar. Əminəm ki, bu səfər həmin qəsəbəni görməyən insanlarda fərqli duyğular yaradacaq və onlarda Azərbaycanımız haqqında dolğun təsəvvürün formalaşmasına kömək edəcək”, - deyə Abram İxiilov bildirib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.