CƏMİYYƏT


Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək

Bakı, 8 noyabr, AZƏRTAC 

Noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Abşeron Milli Parkında "Sağlam ətraf mühit, sağlam həyat naminə" qaçış marafonu keçiriləcək.

Milli parkda "Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!" şüarı ilə ilk dəfə keçiriləcək marafonun əsas strateji hədəfi milli parklarda ekoturizmin daha da inkişafına nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək göstərməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova noyabrın 8-də keçirilən mətbuat konfransında deyib.

Mətbuat katibi bildirib ki, marafonda sadə vətəndaşlar iştirak edəcəklər. Marafona Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətin nümayəndələri də qoşulacaq. İştirakçılar 6 kilometr məsafə qət edəcəklər.

Sonda qaliblərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi tərəfindən hədiyyələr veriləcək, bütün marafon iştirakçılarına isə mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı yaradan dəvətnamə təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.