REGİONLAR


Abşeron Milli Parkından FOTOREPORTAJ

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycanın sahəsinə görə ən kiçik milli parkı olan Abşeron Milli Parkı 783 hektar ərazidə yerləşir. Bura yarımsəhralıq ərazi olmaqla yanaşı, həm də dəniz sahilini birləşdirir. Park 2005-ci ildə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Milli Parkın ərazisi həm dəniz suyu, həm də havasının təmiz olması ilə diqqət çəkir. Abşeron yarımadasının cənub-şərq qurtaracağı olan Şah Dili ərazisi də burada yerləşir.

Parkda 50-dən çox quş və heyvan növü var ki, bunların da 6-sı “Qırmızı kitab”a düşüb. Xəzərin park ərazisinə yaxın sahillərində çox sayda su ilanı və müxtəlif növ balıqlar kütləvi halda məskunlaşıb.

Paytaxta yaxın olan bu ərazi ekoturizm üçün də əlverişli məkan sayılır.

AZƏRTAC fotoqraf Elşad İbrahimovun Abşeron Milli Parkında çəkdiyi fotoları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.