CƏMİYYƏT


Abşeron Milli Parkının 18-ci ili

Bakı, 8 fevral, AZƏRTAC

Abşeron Milli Parkının yaradılmasının 18-ci ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin tərəfdaşlığı ilə milli parka “Şah Dilini gördüm-bəyəndim” adlı məktəbli turu təşkil edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktəblilərin milli parkla tanışlığı quşların müşahidəsi ilə başlayıb. Ornitoloq, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisi Abdin Abbasov Azərbaycan ərazisində qışlama dövrü keçirən ornitofauna növləri haqqında, o cümlədən Abşeron Milli Parkında qışlayan quşlar barədə şagirdlərə məlumat verib.

Məktəblilər komandalara bölünərək Azərbaycan təbiətinə aid sualları əhatə edən bilik yarışmasına qoşulub və yarışmada fəal iştirak edən iştirakçılara hədiyyələr təqdim olunub.

“Şah Dilini gördüm-bəyəndim” adlı məktəbli turu Şah Diliyə səyahətlə yekunlaşıb.

Xatırladaq ki, Abşeron Milli Parkı 2005-ci il fevralın 8-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.