İDMAN
Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatı keçiriləcək
Bakı, 12 fevral, AZƏRTAC
Martın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatı keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və Azərbaycan Muay-tay Federasiyasının (AMF) birgə təşkil edəcəyi çempionatda yeniyetmələr, gənclər və böyüklər müxtəlif çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
AMF-in baş katibi Azər Sanılı AZƏRTAC-a bildirib ki, yarış Beynəlxalq Həvəskar Muay-tay Federasiyasının qaydalarına əsasən keçiriləcək. Yarışda AMF-in paytaxtda fəaliyyət göstərən 15 filial və klubunun üzvləri, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 140-dan çox idmançı mübarizə aparacaq. İlk üç yeri tutacaq idmançılar AMF-in diplom və medalları ilə təltif olunacaqlar. Yarışda ilk iki yeri tutacaq idmançılar yığma komandanın heyətinə cəlb olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]