İDMAN


Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatına start verilib

Bakı, 9 mart, AZƏRTAC

Martın 9-da Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatına start verilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və Azərbaycan Muay-tay Federasiyasının (AMF) birgə təşkil etdiyi çempionatda yeniyetmələr, gənclər və böyüklər müxtəlif çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

AZƏRTAC xəbər verir ki, yarış Beynəlxalq Həvəskar Muay-tay Federasiyasının qaydalarına əsasən keçiriləcək. Yarışda AMF-in paytaxtda fəaliyyət göstərən 15 filial və klubunun üzvləri, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 140-dan çox idmançı mübarizə aparacaq.

İlk üç yeri tutacaq idmançılar AMF-in diplom və medalları ilə təltif olunacaqlar. Yarışda ilk iki pillədə qərarlaşacaq idmançılar Bakı seçmə komandasının tərkibinə daxil ediləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.