İDMAN


Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatına start verilib

Bakı, 9 mart, AZƏRTAC

Martın 9-da Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatına start verilib. Çempionat Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının və Azərbaycan Muay-Tay Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Həvəskar Muay-Tay Federasiyasının qaydaları əsasında keçirilən turnirdə Bakıda fəaliyyət göstərən 25 filial və klubdan, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 150-yə yaxın kişi və qadın idmançı mübarizə aparır. Çempionatda uşaqlar 12, yeniyetmələr 11, gənclər 10, böyüklər isə 9 çəki dərəcəsində güclərini sınayırlar.

İlk üç yeri tutacaq idmançılar Azərbaycan Muay-Tay Federasiyasının diplom və medalları ilə təltif olunacaqlar. Yarışda birinci və ikinci yeri tutan idmançılar Bakının seçmə komandasının tərkibinə daxil ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.