İDMAN


Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə açıq Bakı birinciliyi keçiriləcək

Bakı, 9 aprel, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə açıq Bakı birinciliyi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək yarışlara aprelin 19-da start veriləcək.

Üç gün davam edəcək birincilikdə 2010-2011-ci və 2008-2009-cu il təvəllüdlü uşaq, 2005-2007–ci il təvəllüdlü yeniyetmə və 2002-2004-cü il təvəllüdlü gənc taekvondoçular mübarizə aparacaqlar.

“DAEDO İnternational” taekvondo sistemi ilə keçiriləcək turnirin təşkilində məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.

Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif ediləcəklər.

Yarış yeniyetmələr arasında milli komandaya seçim xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.