İDMAN


Abşeron Olimpiya Kompleksində uşu üzrə IV Azərbaycan çempionatı keçiriləcək

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 22-24-də Abşeron Olimpiya Kompleksində ənənəvi uşu üzrə IV Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə böyüklərin yarışında 300 idmançı iştirak edəcək.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, ənənəvi çempionat uşunun çinda, vinçun, tuyşou növləri üzrə təşkil olunacaq. Bu çempionat böyüklər arasında tuyşou üzrə birinci dəfə keçirilir.

Yarışın açılışı fevralın 23-də olacaq. Ayın 24-də isə final görüşləri baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.