CƏMİYYƏT


Abşeron Rayon Polis İdarəsinin yeni yaradılmış Qobu polis bölməsinin inzibati binası istifadəyə verilib

Bakı, 11 may, AZƏRTAC 

Mayın 11-də Daxili İşlər Nazirliyinin (DİN) Abşeron Rayon Polis İdarəsinin yeni yaradılmış Qobu polis bölməsinin inzibati binasının açılışı olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tikintisinə ötən ilin oktyabrında başlanmış üçmərtəbəli inzibati bina müasir standartlara uyğun tikilib. Bütün xidməti otaqlar zəruri avadanlıq, inventar və kommunikasiya vasitələri ilə təchiz edilib.

Tədbir iştirakçıları növbətçi hissəyə, xidməti otaqlara, müvəqqəti saxlama yerinə baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələrlə tanış olublar.

Şəxsi heyətlə görüşdə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov nazir, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Abşeron Rayon Polis İdarəsinin nəzdində Qobu polis bölməsinin yaradılmasının və ən müasir tələblərə cavab verən inzibati binanın istifadəyə verilməsinin ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün böyük təntənə ilə qeyd edilməsi ilə eyni vaxta düşməsindən məmnunluğunu ifadə edib. Nazir müavini əmin olduğunu bildirib ki, Abşeron Rayon Polis İdarəsinin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə, insan hüquq və azadlıqlarının təmini, rayon sakinlərinin təhlükəsizliyinin, əmlakının hər cür cinayətkar qəsdlərdən qorunması işinə töhfəsini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.