CƏMİYYƏT
Abşeron Rəsm Qalereyasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Rəsm Qalereyasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda rəsm müsabiqəsi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə yeniyetmə rəssamların 65-ə yaxın rəsm əsəri nümayiş etdirilib.
Sərgiyə baxışdan sonra mükafatlandırma mərasimi keçirilib. Birinci yerə Elnarə Cəfərzadə (Binəqədi rayonu), ikinci yerə Afaq Rəşid (Nərimanov rayonu), üçüncü yerə Ülkər Qarayeva (Suraxanı rayonu) layiq görülüblər.
Qaliblər və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar.