ELM VƏ TƏHSİL


Abşeron, Xızı və Sumqayıtda “Şagird-məzun” dövlət elektron məlumat sistemi ilə bağlı seminarlar keçirilib

Bakı, 6 noyabr, AZƏRTAC

Abşeron, Xızı və Sumqayıtda 2018/2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsinin başlanması ilə əlaqədar olaraq seminarlar keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, seminarlarda DİM əməkdaşları tərəfindən şəhər (rayon) təhsil şöbələrinin və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə “Şagird-məzun” dövlət elektron məlumat sisteminin iş prinsipi haqqında geniş məlumat verilib. Ötən ildə məlumatların sistemə daxil edilməsi ilə bağlı yol verilən nöqsanlar seminar iştirakçılarının diqqətinə çatdırılıb. Onlar, həmçinin 2019-cu ildə imtahanların keçirilmə texnologiyasında nəzərdə tutulan yeniliklər və imtahan modeli haqqında məlumatlandırılıb.

Seminarda iştirakçılara “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi və nəzarətçi bazasının formalaşdırılması ilə bağlı da məlumat verilib.

Sonda iştirakçıların suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.