İQTİSADİYYAT


Abşeron dairәvi dәmir yol xәttinin bütün stansiyalarında 91 әdәd kart oxuyucu qurğu quraşdırılıb

Bakı, 2 avqust, AZƏRTAC

Nәqliyyat sektorunda nağdsız ödәnişlәrinә keçidin tәşviq edilmәsi mәqsәdilә Mәrkәzi Bank, “Azәrbaycan Dәmir Yolları” QSC, “Visa” beynәlxalq kart tәşkilatı vә “Azәrbaycan Beynәlxalq Bankı” ASC arasında imzalanmış әmәkdaşlıq memorandumu çәrçivәsindә icrasına 2020-ci ildә start verilmiş “Ölkәnin dәmir yollarında gediş haqlarının tәmassız bank kartları ilә ödәnilmәsi” layihәsi çәrçivәsindә Abşeron dairәvi dәmir yol xәttinin bütün stansiyalarında ümumilikdә 91 әdәd kart oxuyucu qurğu quraşdırılıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, altı ayda sәrnişinlәr tәrәfindәn dәmir yollarında tәmassız bank kartları vasitәsilә hәyata keçirilәn ödәnişlәrin sayı 206.5 min әdәd, hәcmi isә 170.4 min manat tәşkil edib. Bununla yanaşı, “MasterCard” beynәlxalq kart tәşkilatının cәlbi ilә Şamaxı şәhәr nәqliyyatında reallaşdırılmış pilot layihә çәrçivәsindә gediş haqlarının bank kartları ilә nağdsız qaydada ödәnilmәsi imkanı yaradılıb. Hesabat dövründә müvafiq layihә üzrә nağdsız ödәnişlәrin sayı 693 min әdәd, hәcmi isә 262 min manat olub. Bakı şәhәrindә nәqliyyatda gediş haqlarının ödәnilmәsi üçün istifadә edilәn “BakıKart”ın balansının artırılması mәqsәdilә hesabat dövründә hәyata keçirilәn nağdsız ödәnişlәrin sayı 550 min әdәd, hәcmi isә 1.76 milyon manat tәşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.