İQTİSADİYYAT


Abşeron dairəvi xətti üzrə 120 kilometr yol daş hasar və metal torlarla çəpərlənib

Bakı, 23 noyabr, AZƏRTAC

Dəmir yolu ərazisindən keçən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dəmir Yolları tərəfindən mütəmadi olaraq yolötürücüləri, keçid körpüləri, tunellər tikilir, xəbərdaredici siqnalizasiya sistemi quraşdırılır və təhlükəli ərazilər hasarlanır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, hərəkətin intensiv olduğu Abşeron dairəvi xətti üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Eyni zamanda xətt üzrə 120 kilometr yol daş hasar və metal torlarla çəpərlənib.

Bununla belə, vətəndaşlardan diqqətli olmaları xahiş edilir. Qeyd edilir ki, dəmir yolu xəttinin üzərindən keçərkən yalnız xüsusi təyin olunmuş yerlərdən istifadə etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.