ELM VƏ TƏHSİL


“Abşeron florasının məlumat siyahısı” kitabı nəşr edilib

Bakı, 8 iyun, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya Fakültəsinin professoru, biologiya elmləri doktoru Aleksandr Zernov və Botanika İnstitutunun Herbari şöbəsinin elmi işçisi Şəhla Mirzəyevanın həmmüəllifliyi ilə Azərbaycanın Abşeron yarımadasında aparılan floristik tədqiqatların nəticələri haqqında “Abşeron florasının məlumat siyahısı” kitabı nəşr edilib.

Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitabda ərazi araşdırmaları, herbari materialları və ədəbiyyat məlumatlarının öyrənilməsi əsasında Abşeron yarımadasının ərazisi üçün növ müxtəlifliyinin mövcud vəziyyəti əks olunub. Nəşrdə bu günə qədər müəyyən edilmiş yerli flora və gətirilmə növlərin 676 növünün yayılması və fitosenotik məhdudlaşdırılması barədə məlumat verilir. Bəzi mədəniləşdirilmiş bitkilər də siyahıya salınıb və taksonomik şərhlər təqdim olunub.

Kitab botaniklər, coğrafiyaçılar, təbiət elmləri fakültələrinin mütəxəssis və tələbələri, təbiəti qoruma sistemi işçiləri, həvəskar təbiətşünaslar üçün nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.