REGİONLAR


Abşeron məktəblərində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir

Xırdalan, 16 may, Ə.Rzayeva, AZƏRTAC

Abşeron rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 15 May - Beynəlxalq Ailə Günü münasibəti ilə “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə reallaşan həftə 14-21 may tarixlərini əhatə edəcək.

Həftəsi çərçivəsində şagirdlərlə görüşlər keçiriləcək, onlarla psixoloji söhbətlər aparılacaq, uşaqların ailədə rolu və üzərinə düşən məsuliyyət, ailədaxili münasibətlərin tənzimlənməsi, ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərin yeniyetmələr və gənclər arasında təbliği məqsədi ilə müxtəlif səpkili silsilə tədbirlərin təşkil olunması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova Xırdalan şəhərində fəaliyyət göstərən 7 saylı tam orta məktəbdə olub, “Mənim ailədə vəzifələrim” həftəsi çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak edib. Qeyd olunub ki, hər bir azərbaycanlı üçün ailə müqəddəsdir. Ailə gücü, birliyi, iradəni təmsil edir. Milli dəyərlərimizin təhlili zamanı məhz bu keyfiyyətlərlə rastlaşırıq.

Məktəb psixoloqları tərəfindən Xırdalan şəhərində fəaliyyət göstərən 2, 3, 4, 6, 7, 9 saylı, Masazır kənd 1 saylı, Məhəmmədi kənd və Digah qəsəbə tam orta məktəblərdə silsilə tədbirlər, görüşlər keçirilib və həftə sonuna qədər bu səpkili görüşlər davam etdiriləcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.