REGİONLAR
Abşeron rayon Mədəniyyət Mərkəzinin əməkdaşları şəhid ailəsinə baş çəkiblər
Xırdalan, 25 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Abşeron rayon Mədəniyyət Mərkəzinin Ceyranbatan qəsəbə Folklor evinin əməkdaşları şəhid ailəsinə baş çəkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət işçiləri şəhid Rüfət Şabanovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Şəhid Rüfət Rauf oğlu Şabanov 2001-ci il fevralın 24-də Abşeron rayon Ceyranbatan qəsəbəsində anadan olub. 2007-ci ildə Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbdə təhsilə başlayıb, 2016-cı ildən təhsilini Ceyranbatan peşə liseyində davam etdirib. 18 yaşı tamam olduqdan sonra 2019-cu ilin iyul ayının 23-də hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günü – sentyabrın 27-də Kəlbəcər-Murovdağ istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz yaşadığı Abşeron rayon Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]