İQTİSADİYYAT


Abşeron rayonu və Masazır qəsəbəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq

Bakı, 6 avqust, AZƏRTAC

110 kilovoltluq “I Binəqədi hava elektrik verilişi xətti”ndə aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 7-də saat 10:00-dan 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, həmçinin Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci kilometrində Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kilovoltluq “136 saylı yarımstansiya”dan çıxan, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) balansında olan 6 kilovoltluq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində avqustun 7-də saat 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranacaq narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.